...

Azərbaycanın təhsil sistemində rus dili ilə bağlı heç bir problem yoxdur - Təhsil Nazirliyi

Cəmiyyət Materials 3 Sentyabr 2011 12:40 (UTC +04:00)
Azərbaycanın təhsil sistemində rus dili ilə bağlı heç bir problem yoxdur. Trend-in məlumatına görə, bunu Təhsil Nazirliyinin Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması şöbəsinin müdiri Fərzəli Qədirov deyib.
Azərbaycanın təhsil sistemində rus dili ilə bağlı heç bir problem yoxdur - Təhsil Nazirliyi

Azərbaycan, Bakı, 3 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanın təhsil sistemində rus dili ilə bağlı heç bir problem yoxdur. Trend-in məlumatına görə, bunu Təhsil Nazirliyinin Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması şöbəsinin müdiri Fərzəli Qədirov deyib.

Onun sözlərinə görə, Azərbaycanda rus dili artıq xarici dil kimi tədris edilir. Bununla əlaqədar rus dili müəllimlərinin yenidən hazırlanması prosesi aparılır.

"Bu gün artıq rus dili müəllimləri ilə bağlı problem yoxdur. Rus dili müəllimlərinin bir çoxu öz ixtisasını dəyişərək yeni ixtisaslara yiyələnib. Onların çoxu Azərbaycan dili müəllimi olub. Bəziləri isə məktəblərdə psixoloq kimi işləyirlər. Eyni zamanda, onlar yüksək dərs saatı ilə orta məktəblərdə rus dili fənni üzrə müəllim işləyirlər", - Qədirov bildirib.

Xəbər lenti

Xəbər lenti