...

Sabah Azərbaycanın bəzi rayonlarında leysan yağacaq

Cəmiyyət Materials 5 Sentyabr 2011 12:52 (UTC +04:00)
Sentyabrın 6-da Bakı və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir.
Sabah Azərbaycanın bəzi rayonlarında leysan yağacaq

Azərbaycan, Bakı, 5 sentyabr /Trend/

Sentyabrın 6-da Bakı və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən bazar ertəsi Trend-ə verilən məlumata görə, güclü şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 15-20, gündüz 22-26, Abşeron çimərliklərində dəniz suyunun temperaturu 22-23 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında sentyabrın 6-da arabir yağış yağacağı, bəzi yerlərdə lokal leysan xarakterli olacağı, qərb rayonlarında dolu düşəcəyi ehtimalı var. Arabir güclənən qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 15-20, gündüz 22-27, dağlarda gecə 8-13, gündüz 15-20 dərəcə isti təşkil edəcək.

Yaxın 2 gün ərzində Abşeron yarımadasında sərin hava şəraiti əksər meteohəssas insanlar üçün əlverişli olsa da, sentyabrın 6-da güclü xəzri küləyi bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Xəbər lenti

Xəbər lenti