...

Azərbaycanda orta ixtisas təhsili müəssisələrinə abituriyentlərin qeydiyyatı üçün təyin edilmiş müddət başa çatdı

Cəmiyyət Materials 14 Sentyabr 2011 17:04 (UTC +04:00)
Azərbaycanda ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul olmuş abituriyentlərin qeydiyyat müddəti başa çatıb.
Azərbaycanda orta ixtisas təhsili müəssisələrinə abituriyentlərin qeydiyyatı üçün təyin edilmiş müddət başa çatdı

Azərbaycan, Bakı, 14 sentyabr /Trend, müxbir İ.İsabalyeva/

Azərbaycanda ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul olmuş abituriyentlərin qeydiyyat müddəti başa çatıb. Bunu Trend-ə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə deyib.

Onun sözlərinə görə, tələbələr üçün qeydiyyat müddəti bu gün saat 17:00-da başa çatıb.

Tələbələrin daxil olduqları orta ixtisas təhsili müəssisələrində qeydiyyatına sentyabrın 6-dan başlanılmışdı. Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri orta ixtisas məktəbinə göndərilməyəcək.

Bu il ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinin 9642 plan yerinə 9227 nəfər qəbul olub.

Xəbər lenti

Xəbər lenti