...

Afrikada rusdilli adamyeyənlər qəbiləsi aşkar edilib

Cəmiyyət Materials 19 Sentyabr 2011 19:48 (UTC +04:00)
Beynəlxalq ekspedisiya Afrikada ibtidai şəkildə yaşayan tamamilə fantastik qəbilə aşkar edib. Bu barədə Trend "Utro.ru" saytına istinadən xəbər verir.
Afrikada rusdilli adamyeyənlər qəbiləsi aşkar edilib

Azərbaycan, Bakı, 19 sentyabr /Trend/

Beynəlxalq ekspedisiya Afrikada ibtidai şəkildə yaşayan tamamilə fantastik qəbilə aşkar edib. Bu barədə Trend "Utro.ru" saytına istinadən xəbər verir.

Bu, amansız adamyeyənlər qəbiləsidir. Lakin onun əsas xüsusiyyəti başqadır.

Ən qəribəsi və qeyri-adi hal odur ki, tayfa XIX əsrə məxsus rus dilində danışır. Bu barədə ekspedisiyanın iştirakçılarından biri, Sankt-Peterburq Dövlət Universitetinin Afrikaşünaslıq kafedrasının müdiri Aleksandr Jeltov xəbər verib.

Tayfa Tanzaniya ilə sərhəddə aşkar edilib. Qəbilənin sərhədin məhz hansı hissəsində aşkar olunduğu xəbər verilmir. Bu düşüncəsiz yırtıcılar bütün insanları yemək kimi qəbul edirlər.

Onların rus dilini necə öyrəndikləri və öz dillərindən niyə imtina etdikləri barədə tarix susur. Təəssüf ki, ekspedisiyanın iştirakçılarından bu informasiyanı dəqiqləşdirmək mümkün olmayıb.

Xəbər lenti

Xəbər lenti