...

Moskva Dövlət Açıq Universitetinin Bakı filialının rektoru azadlığa buraxılıb

Cəmiyyət Materials 20 Sentyabr 2011 16:23 (UTC +04:00)
Moskva Dövlət Açıq Universitetinin Bakı filialının rəhbərlərinin işi üzrə məhkəmə yekunlaşıb.
Moskva Dövlət Açıq Universitetinin Bakı filialının rektoru azadlığa buraxılıb

Azərbaycan, Bakı, 20 sentyabr /Trend, müxbir K.Zərbalıyeva/

Moskva Dövlət Açıq Universitetinin Bakı filialının rəhbərlərinin işi üzrə məhkəmə yekunlaşıb.

Bakı Ağır Cinayətlər Məhkəməsindən Trend-ə verilən məlumata görə, filialın rektoru Muğan Salahov, prorektoru Ramazan Hüseynov və xəzinədarı Nemət Həsənovun cinayət işi üzrə məhkəmə hökm elan edib.

Məhkəmənin hökmü ilə Muğan Salahov 4 il, Ramazan Hüseynov 3 il, Nemət Həsənov isə 2 il azadlıqdan şərti məhrum edilib. Onlar məhkəmə zalından azadlığa buraxılıblar.

Həmin şəxslər Cinayət Məcəlləsinin 178-ci (dələduzluq), 179-cu (mənimsəmə və ya israf etmə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311-ci (rüşvət alma) maddələri ilə ittiham olunmuşdular.

Xəbər lenti

Xəbər lenti