...

Dövlət İdarəçilik Akademiyası ilə YUNİSEF arasında memorandum imzalanıb

Cəmiyyət Materials 23 Sentyabr 2011 17:13 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası (DİA) ilə YUNİSEF-in Azərbaycan nümayəndəliyi arasında memorandum imzalanıb. Bu barədə cümə günü Trend-ə DİA-nın mətbuat xidmətindən məlumat verilib.
Dövlət İdarəçilik Akademiyası ilə YUNİSEF arasında memorandum imzalanıb

Azərbaycan, Bakı, 23 sentyabr /Trend, müxbir T.Hacıyev/

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası (DİA) ilə YUNİSEF-in Azərbaycan nümayəndəliyi arasında memorandum imzalanıb. Bu barədə cümə günü Trend-ə DİA-nın mətbuat xidmətindən məlumat verilib.

Tədbiri giriş sözü ilə açan DİA-nın rektor əvəzi, professor Əlikram Abdullayev qeyd edib ki, indiki mərhələdə Amademiyanın əlaqələrinin genişlənməsi əsas istiqamətlərdən biridir. İstər tərəfdaş ali məktəblərlə, istərsə də beynəlxalq təşkilatlarla yaradılmış əlaqələr kadr potensialının artırılmasına və onların idarəetmə vərdişlərinin təkmilləşdirilməsinə xidmət edir.

Abdullayev bildirib ki, bü gün Azərbaycanın hər bir sahədə sürətlə inkişaf etməsi dövlət idarəçilik sahəsində ixtisaslaşan gənclərin qarşısında mühüm vəzifələr qoyur. Bu vəzifələri uğurla və səmərəli icra etmək üçün dünyada sürətlə yeniləşən nanotexnologiyalardan, yüksək bilik və təcrübədən geniş istifadə olunmalıdır. Bu isə ancaq elmi biliklərin idarəetmədə tətbiqi ilə mümkün ola bilər.

Onun sözlərinə görə, memorandum yeni innovativ təlim kurslarının təşkili və daha çevik proqramlar əsasında təlimləri təqdim edilməsi üçün imzalanır. Memorandum dövlət qulluqçuları və akademiyada təhsil alanlar arasında davranış və sosial dəyişiklik üçün strateji kommunikasiya sahəsində birgə fəaliyyətin, birgə fəaliyyət çərçivəsində dövlət qulluqçuları arasında davranış və sosial dəyişiklik üçün strateji kommunikasiya üzrə treninqlərin təşkil olunması, bu sahə üzrə treninqlərin təşkil olunması, bu sahə üzrə Dövlət İdarəçilik Akademiyasında təlimçi qrupunun hazırlanmasını nəzərdə tutur.

Anlaşma memorandumunu professor Abdullayev və YUNİSEF-in Azərbaycan nümayəndəliyinin rəhbəri Mark Herevard imzalayıblar.

Xəbər lenti

Xəbər lenti