Azərbaycan, Bakı, 23 sentyabr /Trend/
Ermənistan Xüsusi Təhqiqat Xidmətinin rəis müavini Marsel Matevosyanın oğlu polis şöbəsinə aparılıb. Trend-in məlumatına görə, bu barədə Panorama.am saytı yazır.
Məlumatı Xidmətdən təsdiq ediblər, lakin gəncin nə səbəbə saxlanıldığına dair məlumat verilməyib.
Bundan əvvəl rəis müavininin oğlunun Yerevanda zərərsizləşdirilmiş cinayətkar dəstə ilə əlaqəsi olduğuna dair şayiələr meydana çıxmışdı. "Matevosyanın oğlu polisin həmin fəaliyyəti zamanı deyil, daha sonra saxlanılıb. Onun saxlanılmasına dair məlumat daha sonra açıqlanacaq", - Xüsusi Xidmətdən bildirilib.