...

Bakıda Üzüm Yığımı Festivalı keçiriləcək

Cəmiyyət Materials 29 Sentyabr 2011 18:08 (UTC +04:00)
Oktyabrın 2-də İçərişəhərdə - Qoşa Qala Qapısı meydanında "Caspian Coast - Üzüm Yığımı Festivalı" keçiriləcək.
Bakıda Üzüm Yığımı Festivalı keçiriləcək

Azərbaycan, Bakı, 29 sentyabr /Trend, müxbir T.Hacıyev/

Oktyabrın 2-də İçərişəhərdə - Qoşa Qala Qapısı meydanında "Caspian Coast - Üzüm Yığımı Festivalı" keçiriləcək.

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən cümə axşamı Trend-ə verilən məlumata görə, festival çərçivəsində təşkil olunacaq konsert proqramında çıxış edəcək "Eurovision" ulduzları - Litva təmsilçisi Saşa Son, Rumıniya təmsilçiləri Paula və Ovi dueti və Moldovadan "Zdob şi Zdub" qrupu sabahdan etibarən paytaxt Bakıya təşrif buyuracaqlar. Konsert proqramında Azərbaycanı "Eurovision" müsabiqəsində uğurla təmsil etmiş Aysel Teymurzadə və Safura Əlizadə ilə yanaşı, Məryəm Şabanova və "Milk&Kisses" qrupunun da iştirakı gözlənilir.

Festivalda iştirak edəcək Bakı sakinləri və şəhərimizin qonaqları müxtəlif ölkələrin mətbəxləri ilə tanış olacaq, burada nümayiş olunacaq müxtəlif sənətkarlıq nümunələrinə tamaşa edəcəklər. Ukraynadan gətirilən "canlı heykəllər" festivalda şən ab-hava yaradacaq, qonaqlar təbii üzüm, üzüm şirəsi, yüksəkkeyfiyyətli pendir, şərab ala və bu məhsulların dadına baxa biləcəklər.

Xəbər lenti

Xəbər lenti