Azərbaycan, Bakı, 30 sentyabr /Trend, müxbir M.Əliyev/
Azərbaycan Milli Məclisi cümə günü keçirilən payız sessiyasının ilk iclasında Mülki Məcəlləyə dəyişiklik edib.
Trend-in məlumatına görə, məcəlləyə edilən dəyişikliyə əsasən, müqavilə notariat qaydasında təsdiqləndikdən dərhal sonra notarius onlayn rejimində daşınmaz əmlak haqqında əqdin əsas şərtləri barədə məlumatı daşınmaz əmlakın dövlət reyestrinə göndərir.
Notarius iki iş günü müddətində təsdiq edilmiş müqavilənin bir nüsxəsini sifarişli poçt vasitəsilə müvafiq icra hakimiyyəti orqanına göndərməlidir.
Müzakirələr vaxtı millət vəkillləri bildirib ki, dəyişikliklər vətəndaşların notariusda qeydiyyat üzrə problemlərinin aradan qaldırılmasına xidmət edəcək.
Mülki Məcəlləyə dəyişiklik edilib
Azərbaycan Milli Məclisi cümə günü keçirilən payız sessiyasının ilk iclasında Mülki Məcəlləyə dəyişiklik edib.
