Azərbaycan, Bakı, 4 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/
Azərbaycanda 73 dövlət orqanındakı 456 vakant yerə müsabiqə elan edilib.
Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyadan (DQMK) çərşənbə axşamı Trend-ə verilən məlumata görə, 363 vakant vəzifənin tutulması üçün elan olunmuş müsabiqəyə sənəd qəbulu noyabrın 3-də başa çatacaq.
Müsabiqəyə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası, Əmək və Əhalinin Sosial Müdafiəsi, Səhiyyə, Gənclər və İdman, Rabitə və İnformasiya Texnologiyaları, Maliyyə, Kənd Təsərrüfatı nazirliklərindəki, Dövlət Statistika Komitəsi, şəhər-rayon, inzibati-iqtisadi, apelyasiya məhkəmələrindəki və digər qurumlardakı vakant vəzifələr çıxarılıb.
Komissiya 10 dövlət orqanındakı 78 vakant vəzifənin tutulması üçün ümumi masahibə də elan edib. DQMK 3 məhkəmədə 3 vakant vəzifə üzrə də ümumi müsahibə elan edib. Müsahibəyə sənəd qəbulu oktyabrın 24-dək davam edəcək.
Azərbaycanda 73 dövlət orqanında vakant yerlərə müsabiqə elan edilib
Azərbaycanda 73 dövlət orqanındakı 456 vakant yerə müsabiqə elan edilib.
