...

Alimlər ilk dəfə diabetin tam müalicəsinə nail olublar

Cəmiyyət Materials 10 Oktyabr 2011 15:48 (UTC +04:00)
Diabetin müalicəsinin açarı insanın beynindədir. Tədqiqatçılar burun vasitəsilə götürülmüş əsəb gövdə hüceyrələrini mədəaltı vəzin hüceyrələrinə çevirməyi təklif edirlər.
Alimlər ilk dəfə diabetin tam müalicəsinə nail olublar

Azərbaycan, Bakı, 10 oktyabr /Trend, müxbir X.Murtuzayeva/

Diabetin müalicəsinin açarı insanın beynindədir. Tədqiqatçılar burun vasitəsilə götürülmüş əsəb gövdə hüceyrələrini mədəaltı vəzinin hüceyrələrinə çevirməyi təklif edirlər. Bu hüceyrələr insulin istehsal edə və diabeti hazırlaya bilirlər. Trend-in məlumatına görə, bu barədə "New Scientist" yazır.

Məlumdur ki, beta-hüceyrələr qlükozanın səviyyəsini tənzimləyən insulin istehsal edirlər. Birinci tip diabet zamanı bu hüceyrələr immun sistemi tərəfindən dağıdılır, ikinci tip diabet zamanı isə sadəcə olaraq lazımi səviyyədə insulin istehsal edə bilmirlər. Zədələnmiş hüceyrələri əvəz etmək məqsədilə Yaponiyanın Milli Qabaqcıl Elm Sənayesi və Texnologiyalar İnstitutunun əməkdaşı Tomako Kuvabara beyin hüceyrələrinə müraciət etməyi təklif edir.

Texnologiya artıq siçovullar üzərində sınaqdan keçirilib. Alimlər əvvəlcə yaddaşa cavabdeh olan iybilmə soğanağından və ya hippokampdan bir qədər toxuma götürüblər. Daha sonra toxuma insulin hazırlayan Wnt3a insan proteininin (insulin hazırlanmasını mane olan anticisim) təsirinə məruz qalıb.

Sonra iki həftə ərzində gövdə hüceyrələri çoxaldılıb. Nəticədə hüceyrələr heyvanların orqanı zədələnmədən mədəaltı vəzisində yerləşən nazik kollagen vərəqində yerləşdirilib. Sonrakı analizlər diabetin olduğu siçovullarda bir həftə ərzində qanda şəkərin miqdarının normaya uyğun olduğunu göstərib. Effekt 19 həftə qorunub saxlanılıb. Sonra alimlər vərəqləri yığışdırıblar. Bu zaman əvvəlki göstəricilər bərpa olub.

Buna qədər mütəxəssislər artıq genetik dəyişikliklər aparmaqla mədəaltı vəzin hüceyrələrini əldə etməyə cəhd göstəriblər. Yapon alimlərin metodu təhlükəsizlik və gələcək genetik mutasiyalar kimi manipulyasiyaların aradan qaldırılması məsələsini nəzərdə tutmur.

Xəbər lenti

Xəbər lenti