...

Azərbaycanda bu il insan alveri qurbanları ilə bağlı aparılan işin həcmi açıqlanıb

Cəmiyyət Materials 24 Oktyabr 2011 12:35 (UTC +04:00)
Bu ilin 9 ayında Azərbaycanda insan alverinin 18 qurbanı öz arzusu ilə təhlükəsiz sığınacağa yerləşdirilib.
Azərbaycanda bu il insan alveri qurbanları ilə bağlı aparılan işin həcmi açıqlanıb

Azərbaycan, Bakı, 24 oktyabr /Trend, müxbir M.Əliyev/

Bu ilin 9 ayında Azərbaycanda insan alverinin 18 qurbanı öz arzusu ilə təhlükəsiz sığınacağa yerləşdirilib. Trend-in məlumatına görə, bu barədə insan alverinə qarşı mübarizə üzrə milli koordinatorun insan alverinə qarşı mübarizə ilə bağlı parlamentə təqdim etdiyi hesabatda bildirilir.

Hesabatda qeyd olunur ki, həmin şəxslərin hər biri tibbi, psixoloji yardımla əhatə olunub, zəruri vəsaitlərlə təmin edilib.

Hesabat dövrü ərzində insan alverindən zərər çəkmiş 26 nəfərə reinteqrasiya dövründə birdəfəlik müavinət, 18 nəfərə İnsan alveri qurbanlarına Kömək Fondundan yardım verilib, Səhiyyə Nazirliyi tərəfindən 25 qurbana müxtəlif tibbi xidmətlər göstərilib.

Həmçinin hesabatda qeyd olunur ki, potensial qurban olan 29 nəfər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Yardım Mərkəzinə istiqamətləndirilib. Qurbanların övladları olan 6 uşaq yay düşərgələrinə və ümumtəhsil məktəblərinə göndərilib, 3-ü səhiyyə və peşə proqramlarına cəlb olunub.

Həmçinin uşaqların qeydiyyata alınması ilə bağlı 3 nəfərə şəxsiyyət vəsiqəsi, 10 nəfərə doğum haqqında şəhadətnamə, insan alveri qurbanı və potensial qurbanı olan 46 nəfərə şəxsiyyəti təsdiq edən sənəd verilib.

Xəbər lenti

Xəbər lenti