...

Azərbaycanın üç dahi sənətkarının yubiley tədbirləri YUNESKO çərçivəsində qeyd ediləcək

Cəmiyyət Materials 31 Oktyabr 2011 15:41 (UTC +04:00)
Üzeyir Hacıbəylinin "Arşın mal alan" musiqili komediyasının 100 illik yubileyi, 12-ci əsrdə yaşayıb yaratmış rübai ustadı Məhsəti Gəncəvinin nailiyyətlərinin 900 illiyi, filosof, şair Seyid Yəhya Bakuvinin vəfatının 550 illiyi YUNESKO çərçivəsində qeyd ediləcək.
Azərbaycanın üç dahi sənətkarının yubiley tədbirləri YUNESKO çərçivəsində qeyd ediləcək

Azərbaycan, Bakı, 31 oktyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan milli operasının banisi Üzeyir Hacıbəylinin "Arşın mal alan" musiqili komediyasının 100 illik yubileyi, 12-ci əsrdə yaşayıb yaratmış rübai ustadı Məhsəti Gəncəvinin nailiyyətlərinin 900 illiyi, filosof, şair Seyid Yəhya Bakuvinin vəfatının 550 illiyi YUNESKO çərçivəsində qeyd ediləcək.

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən bazar ertəsi Trend-ə verilən məlumata görə, bu barədə qərar YUNESKO İcraiyyə Şurasının 187-ci sessiyasında qəbul edilib. Adıçəkilən tədbirlərin 2012-2013-cü illərdə keçirilməsi nəzərdə tutulur.

YUNESKO-ya üzvlük çərçivəsində Mədəniyyət və Turizm Nazirliyi digər mühüm əhəmiyyətli tarixi hadisələrin və görkəmli şəxsiyyətlərin ildönümlərinin bu təşkilat çərçivəsində qeyd edilməsi ilə bağlı müvafiq işlər görür.

Xəbər lenti

Xəbər lenti