...

“Böyük oyun”lar tarixində ilk dəfə böyük hesab qeydə alınıb: “Neftçi” “Xəzər-Lənkaran”ı darmadağın edib

Cəmiyyət Materials 6 Noyabr 2011 17:33 (UTC +04:00)
Bu gün Premyer Liqada II dövrənin I turu çərçivəsində Bakının “Neftçi” klubu Lənkəranın “Xəzər-Lənkəran” komandası üzərində 5 cavabsız top vurmaqla qalib gəlib.
“Böyük oyun”lar tarixində ilk dəfə böyük hesab qeydə alınıb: “Neftçi” “Xəzər-Lənkaran”ı darmadağın edib

Azərbaycan, Bakı, 6 noyabr /Trend/

Bu gün Premyer Liqada II dövrənin I turu çərçivəsində Bakının "Neftçi" klubu Lənkəranın "Xəzər-Lənkəran" komandası üzərində 5 cavabsız top vurmaqla qalib gəlib.

Trend-in məlumatına görə, böyük maraqla gözlənilən "Neftçi" - "Xəzər Lənkəran" qarşılaşması isə güclü yağış altında baş tutub. "Böyük oyun"lar tarixində ilk dəfə qeydə alınan böyük hesab bakılıların 5 cavabsız qolu ilə yadda qalıb.

Çempionun liderini darmadağın edib xal fərqini minimuma endirməsində əsas pay sahibi Flavinyo olub. Braziliyalı bu dəfə də vurduğu ilk 2 qolla qonaqların müqavimətini qırıb.

Turun digər oyununda isə Tovuzun "Turan" klubu öz ev oyununda "İnter" komandasına 0:1 hesabıyla uduzub.

Xəbər lenti

Xəbər lenti