...

İranın Prezident Ofisi rəhbərinin qohumu ölkədəki rekord oğurluqla bağlı həbs olunub

Cəmiyyət Materials 8 Noyabr 2011 17:56 (UTC +04:00)
İran Prezident Administrasiyasının sabiq rəhbəri, Prezident Ofisinin rəhbəri İsfəndiyar Rəhim Məşayinin yaxın qohumu İnayətullah Riyahi 2,8 milyard dollarlıq maliyyə qalmaqalı (2,8 milyard dolları korrupsiya (oğurluq) yolu ilə mənimsəməkdə şübhəli bilinərək) həbs olunub.
İranın Prezident Ofisi rəhbərinin qohumu ölkədəki  rekord oğurluqla bağlı həbs olunub

Azərbaycan, Bakı, 8 noyabr /Trend, müxbir T.Cəfərov/

İran Prezident Administrasiyasının sabiq rəhbəri, Prezident Ofisinin rəhbəri İsfəndiyar Rəhim Məşayinin yaxın qohumu İnayətullah Riyahi 2,8 milyard dollarlıq maliyyə qalmaqalı (2,8 milyard dolları korrupsiya (oğurluq) yolu ilə mənimsəməkdə şübhəli bilinərək) həbs olunub. Bunu İranın baş prokuroru və Məhkəmə Sisteminin sözçüsü Qulamhüseyn Möhsini Əjeyi deyib. Bu barədə Trend MEHR xəbər agentliyinə istinadən məlumat verir.

Əjeyi deyib ki, həbs olmuş şəxslər arasında İnayətullah Riyahi adlı şəxs var və o, Rəhim Məşayinin yaxın qohumudur.

Son iki ay ərzində İranda ölkənin Saderat Bankından 2,8 milyard dolları korrupsiya (oğurluq) yolu ilə mənimsəməkdə şübhəli bilinən 22 nəfər həbs olunub. Şübhəli bilinən şəxslər İranın Saderat Bankının Xuzistan əyalətindəki filiallardan biri tərəfindən (LC) kredit xətti açaraq Bank Melli İranın Kiş şəhəri filialından həmin vəsaiti qanunsuz çıxarmaqda ittiham olunurlar.

Hadisə ilə bağlı Bank Melli İranın direktoru Xavəri istefa verib və Kanadaya qaçıb. Saderat və Saman banklarının direktorları isə işdən çıxarılıblar. Bundan başqa, ötən həftə İranın Mərkəzi Bankının sədr müavini Həmid Purməhəmmədi həbs olunub.

Cari ilin iyun ayında da Prezident Mahmud Əhmədinejad və Prezident Administrasiyasının sabiq rəhbəri İsfəndiyar Rəhim Məşayiyə yaxın bir neçə nəfər korrupsiyada ittiham olunaraq həbs olunmuşdular.

Xəbər lenti

Xəbər lenti