...

Şağan Olimpiya İdman Kompleksi bədii gimnastika üzrə növbəti Azərbaycan birinciliyini qəbul edəcək

Cəmiyyət Materials 11 Noyabr 2011 18:38 (UTC +04:00)
Noyabrın 18-19-da Şağan qəsəbəsindəki Olimpiya İdman Kompleksində bədii gimnastika üzrə 18-ci Azərbaycan birinciliyi və Bakı çempionatı keçiriləcək.
Şağan Olimpiya İdman Kompleksi bədii gimnastika üzrə növbəti Azərbaycan birinciliyini qəbul edəcək

Azərbaycan, Bakı, 11 noyabr /Trend/

Noyabrın 18-19-da Şağan qəsəbəsindəki Olimpiya İdman Kompleksində bədii gimnastika üzrə 18-ci Azərbaycan birinciliyi və Bakı çempionatı keçiriləcək. Bu barədə cümə günü Trend-ə Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Yarışlarda beş yaş qrupuna (1996-1998, 1999-2000, 2001, 2002 və 2003-cü il təvəllüdlü) bölünəcək 110 gimnast iştirak edəcək. Gimnastlar həm mütləq çoxnövçülükdə, həm də ayrı-ayrı növlərdə medallar uğrunda mübarizə aparacaqlar.

"Neftçi" və Bakı Gimnastika Məktəbi, Respublika Kompleks İdman Məktəbi və "Spartak", DİN İdman Cəmiyyəti və "Sərhədçi", "Zirvə", "Təhsil" və "Start"ın gimnastları ilə yanaşı, Gəncə, Sumqayıt və Xırdalan idmançıları da iştirak edəcəklər.

Turnirə marağın artmasına səbəblərdən biri də odur ki, yarış ilk dəfə Şağan qəsəbəsində keçiriləcək. Azərbaycan Gimnastika Federasiyası yarışları müxtəlif arenalarda keçirmək təcrübəsinə malikdir və bununla bağlı xatırlatmaq lazımdır ki, sonuncu ölkə çempionatı Qusar Olimpiya İdman Kompleksində uğurla təşkil edilib.

Azərbaycanın bu şimal regionunun gənc gimnastları Şağan və Hövsandan olan həmkarları ilə yanaşı, yarışların başa çatması ərəfəsində qala-konsertdə nümunəvi çıxışlarla iştirak edəcəklər.

Xəbər lenti

Xəbər lenti