Azərbaycan, Bakı, 15 noyabr /Trend, müxbir İ.İsabalayeva/
Azərbaycanın turizm infrastrukturu "Eurovision-2012" mahnı müsabiqəsinin Bakıda keçirilməsinə tam hazırdır. Trend-in məlumatına görə, bunu çərşənbə axşamı Bakıda jurnalistlərə açıqlamasında Ümumdünya Turizm Təşkilatının (ÜTT) baş katibi Taleb Rifai deyib.
Baş katib hesab edir ki, Azərbaycan bu müsabiqəni keçirməklə özünü dünyada daha yaxşı tanıda bilər.
57-ci "Eurovision" mahnı müsabiqəsinə ev sahibliyini Azərbaycan edəcək. Müsabiqənin yarımfinal mərhələləri 2012-ci il mayın 22-də və 24-də, finalı isə 26-da keçiriləcək.