...

Serbiyalı gənclərin Azərbaycana rəsmi səfəri başlayır

Cəmiyyət Materials 15 Noyabr 2011 17:09 (UTC +04:00)
Noyabrın 16-da serbiyalı gənclərin Azərbaycana rəsmi səfəri başlayır.
Serbiyalı gənclərin Azərbaycana rəsmi səfəri başlayır

Azərbaycan, Bakı, 15 noyabr /Trend, müxbir İ.İsabalayeva/

Noyabrın 16-da serbiyalı gənclərin Azərbaycana rəsmi səfəri başlayır.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, səfər çərçivəsində serbiyalı qonaqlar Azərbaycanda həyata keçirilən gənclər siyasəti ilə tanış olacaq, "İrəli" Gənclər Təşkilatında görüşlər keçirəcək.

Eyni zamanda, Azərbaycanın zəngin tarixi və mədəniyyəti ilə yaxından tanış olmaq üçün tarixi məkanlara səfər edəcək, Gəncə şəhərinə baş çəkəcəklər. Serbiya nümayəndə heyətinin səfəri ilə əlaqədar noyabrın 16-da "dəyirmi masa" keçiriləcək. Burada hər iki ölkənin gənclər siyasətinə dair təqdimatlar ediləcək, Azərbaycan və Serbiya arasında gənclərlə iş sahəsində növbəti illər üçün əməkdaşlıq perspektivləri ətrafında müzakirələr aparılacaq.

Azərbaycan Gənclər və İdman Nazirliyi və Serbiya Gənclər və İdman Nazirliyi arasında gənclərlə iş və idman sahəsində imzalanmış əməkdaşlıq haqqında sazişə uyğun olaraq, "British Council"un "Fəal vətəndaşlar" proqramı çərçivəsində Azərbaycan Gənclər və İdman Nazirliyinin əməkdaşları və ictimai fəal gənclər bu il 22-27 avqust tarixlərində Serbiyada səfərdə olublar.

Xəbər lenti

Xəbər lenti