Azərbaycan, Bakı, 16 noyabr / Trend müxbir M.Əliyev/
Azərbaycanda uşaq əməyinin istismarı halları kəskin azalıb. Trend-in məlumatına görə, bunu çərşənbə günü jurnalistlərə insan hüquqları üzrə müvəkkil Elmira Süleymanova bildirib.
Onun sözlərinə görə, əvvəllər belə faktlara tez-tez rast gəlinirdi.
"Onların sayı qat-qat azalıb. Referendumla Konstitusiyaya edilmiş dəyişikliklərdə birbaşa göstərilib ki, 15 yaşadək uşaqlar səhhətinə, təhsilinə, yaşayış tərzinə təsir edən ağır əməklə məşğul ola bilməzlər", - ombudsman deyib.
Onun sözlərinə görə, 15 yaşadək uşağı işə cəlb edən təşkilatlar məsuliyyət daşıyırlar və cəzalandırıla bilərlər.
Bakıda çərşənbə günü Uşaqların II Forumu keçirilir. Azərbaycanda Uşaqların I Forumu 2009-cu il dekabrın 17-də keçirilib.
Elmira Süleymanova: Azərbaycanda uşaq əməyinin istismarı halları kəskin azalıb
Azərbaycanda uşaq əməyinin istismarı halları kəskin azalıb. Trend-in məlumatına görə, bunu çərşənbə günü jurnalistlərə insan hüquqları üzrə müvəkkil Elmira Süleymanova bildirib.