...

Azərbaycanın orta məktəblərində saxta diplomla işləyən müəllimlərlə bağlı aparılan araşdırmaların nəticəsi açıqlanıb

Cəmiyyət Materials 3 Dekabr 2011 11:04 (UTC +04:00)
Azərbaycan Təhsil Nazirliyi orta məktəblərdə saxta diplomla işləyən müəllimlərlə bağlı apardığı araşdırmaların nəticəsini açıqlayıb
Azərbaycanın orta məktəblərində saxta diplomla işləyən müəllimlərlə bağlı aparılan araşdırmaların nəticəsi açıqlanıb

Azərbaycan, Bakı, 3 dekabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Təhsil Nazirliyi orta məktəblərdə saxta diplomla işləyən müəllimlərlə bağlı apardığı araşdırmaların nəticəsini açıqlayıb.

Trend-in məlumatına görə, nazir Misir Mərdanov şənbə günü keçirilən kollegiya iclasında bildirib ki, bu gün Azərbaycanda 150 mindən çox müəllim işləyir. Onların üçdə biri, yəni 58 min nəfərindən çoxunun təhsil sənədi ilə bağlı araşdırma aparılıb.

Nazirin sözlərinə görə, araşdırmalar nəticəsində orta məktəblərdə saxta diplomla 455 nəfərin işlədiyi məlum olub.

"Həmin şəxslər işdən azad ediliblər. Araşdırmalar nəticəsində 260 nəfərin lisenziyası olmayan ali təhsil müəssisələrinin diplomları əsasında, 11 nəfərin özəl məktəblərin arayışları, 54 nəfərin isə müxtəlif kursların vəsiqələri əsasında işlədiyi məlum olub" Mərdanov deyib.

Belə araşdırmaların davam edilməsini vacib sayan Mərdanovun sözlərinə görə, saxta diplomla işləyən müəllimlərin çoxu, yəni 149 nəfəri ibtidai sinif müəllimi olub

Xəbər lenti

Xəbər lenti