...

Azərbaycanın Təhsil Nazirliyi müəllimlərin dərs yükünün artırılmasını təklif edir

Cəmiyyət Materials 3 Dekabr 2011 12:16 (UTC +04:00)
Azərbaycanın Təhsil Nazirliyi müəllimlərin dərs yükünün artırılmasını təklif edir
Azərbaycanın Təhsil Nazirliyi müəllimlərin dərs yükünün artırılmasını təklif edir

Azərbaycan, Bakı, 3 dekabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanın Təhsil Nazirliyi müəllimlərin dərs yükünün artırılmasını təklif edir. Trend-in məlumatına görə, nazirliyin şənbə günü keçirilən kollegiya iclasında çıxış edən təhsil naziri Misir Mərdanov bildirib ki, Nazirlər Kabinetinin mövcud qərarına görə, müəllimlərə 24 saatdan çox dərs saatı verilə bilməz.

"Biz Nazirlər Kabinetinə və Maliyyə Nazirliyinə məktubla müraciət etmişik ki, 24 saat dərs yükü olan müəllimlərə 12 saat da əvəzçiliklə işləməyə icazə verilsin" nazir əlavə edib.

Nazir qeyd edib ki, qrupda olan şagird sayının 15-dən 20-yə qaldırılması da müəllimləri çox narahat edir. Bu bəndin tətbiqi sinif komplektlərinin sayının 2000-dən çox azalmasına səbəb olub.

Mərdanov, həmçinin bildirib ki, yanvardan ehtiyac olsa, yenidən müəllimlərin işə qəbulu üçün imtahan keçiriləcək.

"İmtahan həm Bakı, həm də regionlar üzrə keçiriləcək. Artıq bu barədə yerlərə məlumat göndərilib" Mərdanov deyib.

Xəbər lenti

Xəbər lenti