...

Azərbaycan üçün hazırlanan sterilizasiya qurğusu gələn il hazır olacaq

Cəmiyyət Materials 21 Dekabr 2011 15:52 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyası, Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) və Macarıstanın İzotop İnstitutu arasında sterilizasiya qurğusunun alınması üzrə üçtərəfli müqavilə imzalanıb.
Azərbaycan üçün hazırlanan sterilizasiya qurğusu gələn il hazır olacaq

Azərbaycan, Bakı, 21 dekabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Milli Elmlər Akademiyası, Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) və Macarıstanın İzotop İnstitutu arasında sterilizasiya qurğusunun alınması üzrə üçtərəfli müqavilə imzalanıb. Radiasiya Problemləri İnstitutun direktoru Adil Qəribov Trend-ə bildirib ki, müqaviləyə əsasən, sterilizasiya qurğusu gələn ilin sonunda hazır olacaq. Daha sonra qurğu Azərbaycan tərəfinə təqdim ediləcək.

Qəribov deyib ki, qurğu Azərbaycana təhvil verilənə qədər onun üçün inzibati bina tikilməlidir. Qəribov binanın tikintisi başa çatan kimi qurğunun Azərbaycan tərəfinə təqdim ediləcəyini söyləyib.

Azərbaycanda sterilizasiya qurğusunun quraşdırılması işləri Beynəlxalq Atom Enerjisi Agentliyi ilə birlikdə icra edilən "Azərbaycanda sterilizasiya qurğusunun qurulması" layihəsi çərçivəsində həyata keçiirlir.

Regionda ilk dəfə olaraq Azərbaycanda sterilizasiya qurğusundan istifadə ediləcək.

Azərbaycanda sterilizasiya qurğusu istifadəyə verildikdən sonra ölkəyə xaricdən gətirilən taxıl, kartof və digər ərzaq, kənd təsərrüfatı məhsullarının vaxtından əvvəl xarab olmasının qarşısı alınacaq. Bu qurğudan neft-kimya sahəsində, yeni materialların alınması üçün də istifadə etmək olar.

Azərbaycan üçün sterilizasiya qurğusu BAEA-nın maliyyə vəsaiti hesabına alınıb. Qurğunun alınması üçün elan edilən tenderin qalibi Macarıstanın İzotop İnstitutu olub.

Xəbər lenti

Xəbər lenti