...

Azərbaycanda sabah hava yağmursuz keçəcək

Cəmiyyət Materials 4 Yanvar 2012 13:08 (UTC +04:00)
Azərbaycanda yanvarın 5-də hava şəraitinin nisbətən sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Azərbaycanda sabah hava yağmursuz keçəcək

Azərbaycan, Bakı, 4 yanvar /Trend, müxbir M.Əliyev/

Azərbaycanda yanvarın 5-də hava şəraitinin nisbətən sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir. Trend-in məlumatına görə, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin çərşənbə günü yaydığı məlumatda bildirilir.

Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi, gecə və səhər zəif duman olacağı, axşam havanın tutulacağı gözlənilir. Gündüz arabir güclənən cənub-qərb küləyi əsəcək, havanın temperaturu gecə 1 dərəcə şaxtadan 2 dərəcə isti, gündüz 5-10 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında yanvarın 5-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə dumanlı olacağı gözlənilir. Rayonlarda qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək, havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcə isti, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 1-6 dərəcə isti təşkil edəcək.

Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 13-18 dərəcə şaxta olacağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti