Azərbaycan, Bakı, 26 yanvar / Trend müxbir S.Ağayeva /
Azərbaycan və Ukraynanın Fövqəladə Hallar nazirlikləri 2012-2014-cü illər üzrə birgə tədbirlər planı imzalayacaqlar. Bu barədə ilkin razılaşma Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərovla Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişenkonun görüşü zamanı əldə olunub. Bu barədə cümə axşamı Trend-ə səfirlikdən məlumat verilib.
Görüş zamanı Ukrayna ilə Azərbaycan arasında fövqəladə halların qarşısının alınması, təbii və texnogen fəlakətlərin nəticələrinin aradan qaldırılması sahəsində əlaqələrin inkişaf perspektivləri və vəziyyəti müzakirə olunub.
Göstərilən sahələrdə ikitərəfli əlaqələrin gələcəkdə dərinləşdirilməsi məqsədilə ilin ikinci rübündə Kiyevdə fövqəladə vəziyyətlərdən xəbərdarlıq və onların nəticələrinin aradan qaldırılması məsələləri üzrə Ukrayna-Azərbaycan komissiyasının növbəti iclasının keçirilməsi haqqında razılıq əldə olunub.