...

Azərbaycan və Böyük Britaniyanın təhsil müəssisələri arasında diplomların verilməsi ilə bağlı razılıq əldə olunub

Cəmiyyət Materials 26 Yanvar 2012 15:54 (UTC +04:00)
Bakı Ali Neft Məktəbi məzunlarına iki diplom verilməsi haqqında Böyük Britaniyanın Heriot Vatt universiteti ilə razılıq əldə olunub.
Azərbaycan və Böyük Britaniyanın təhsil müəssisələri arasında diplomların verilməsi ilə bağlı razılıq əldə olunub

Azərbaycan, Bakı, 26 yanvar /Trend/

Bakı Ali Neft Məktəbi məzunlarına iki diplom verilməsi haqqında Böyük Britaniyanın Heriot Vatt universiteti ilə razılıq əldə olunub.

Trend-in cümə axşamı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) rəsmi saytına istinadən verdiyi məlumata görə, şirkətin sosial məsələlər üzrə vitse-prezident Bədəl Bədəlovun rəhbərlik etdiyi nümayəndə heyəti Böyük Britaniyanın Edinburq şəhərindəki Heriot Vatt və Aberdin şəhərindəki Robert Qordon universitetləri ilə əməkdaşlıq əlaqələri qurmaq üçün Şotlandiyaya səfər edib.

Nümayəndə heyətinin tərkibində ARDNŞ-nin kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidentinin müavini Elmar Qasımov, Sosial İnkişaf İdarəsinin rəisi Qasım İbrahimov, memar Cəlil Hüseynov və şirkətin Londondakı nümayəndəliyinin rəhbəri Rüfət Əfəndiyev təmsil olunub.

Heriot Vatt Universitetinin rəsmiləri ilə görüşlərin nəticəsində yeni yaradılmış Bakı Ali Neft Məktəbində "Neft-qaz mühəndisliyi" və "Kimya mühəndisliyi" ixtisasları üzrə bakalavriat, magistratura və doktorantura səviyyələrində mütəxəssis hazırlığı proqramlarının birgə yaradılması, tətbiqi, ingilis dilində tədrisin təşkili və məzunlara iki diplomun verilməsi istiqamətlərində birgə əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.

Robert Qordon universitetinin rəhbərliyi ilə aparılmış müzakirələr nəticəsində də gələcək birgə əməkdaşlığın istiqamətləri müəyyənləşdirilib.

Xəbər lenti

Xəbər lenti