...

Bakıda qanunsuz pul uduşlu qumarxana aşkar olunub

Cəmiyyət Materials 28 Yanvar 2012 16:02 (UTC +04:00)
Yasamal rayonu ərazisində qanunsuz pul uduşlu qumarxananın fəaliyyət göstərməsi müəyyən edilib.
Bakıda qanunsuz pul uduşlu qumarxana aşkar olunub

Azərbaycan, Bakı, 28 yanvar /Trend/

Bakının Yasamal rayonu ərazisində qanunsuz pul uduşlu qumarxananın fəaliyyət göstərməsi müəyyən edilib.

Trend-in şənbə günü DİN-in saytına istinadən yaydığı məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları tərəfindən Yasamal rayonu ərazisində Bakı şəhər sakinləri Vüqar Həsənov və Vaqif Bayramovun qanunsuz pul uduşlu qumarxana təşkil etmələri və saxlamaları müəyyən edilib.

Həmin ünvana baxış zamanı oradan qumardan əldə edilmiş 150 manat, 10 dollar pul, 120 ədəd loto kartları, loto daşları, 2000 dollar dəyərində pul uduşları üçün priz kartları və digər ləvazimatlar aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırmalar aparılır.

Xəbər lenti

Xəbər lenti