...

Bakıda fevralın 3-nə keçən gecə son 100 ildə ən aşağı temperatur qeydə alınıb

Cəmiyyət Materials 3 Fevral 2012 11:51 (UTC +04:00)
Bakıda son 100 ildə ən aşağı temperatur qeydə alınıb.
Bakıda fevralın 3-nə keçən gecə son 100 ildə ən aşağı temperatur qeydə alınıb

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 3 fevral /Trend, müxbir M.Əliyev/

Bakıda son 100 ildə ən aşağı temperatur qeydə alınıb. Bu barədə Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev bildirib.

Fevralın əvvəlindən başlayan şimal-qərb küləyi fevralın 2-də davam edib, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında saniyədə arabir 28-33 metrədək güclənib.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında son 100 ildə ən aşağı səviyyəyə - 5,5 dərəcə şaxtayadək enib. Yəni fevralın 3-ə keçən gecə bu cür hava şəraiti son 100 ildə qeydə alınmışdı.

Verdiyev deyib ki, havanın minimal temperaturu Aran rayonlarında 0-3 dərəcə şaxta, dağlıq rayonlarda isə 9-12 dərəcə şaxta təşkil edib.

Naxçıvan Muxtar Respublikasında 6-11 dərəcə şaxta olub.

Xəbər lenti

Xəbər lenti