...

Bakıda havanın temperaturu mənfi 8 dərəcəyə enəcək

Cəmiyyət Materials 3 Fevral 2012 12:12 (UTC +04:00)
Bakıda və Abşeron yarımadasında havanın temperaturu 8 dərəcə şaxtayadək enəcək.
Bakıda havanın temperaturu mənfi 8 dərəcəyə enəcək

Azərbaycan, Bakı, 3 fevral /Trend, müxbir M.Əliyev/

Bakıda və Abşeron yarımadasında havanın temperaturu 8 dərəcə şaxtayadək enəcək. Bu barədə Trend-ə cümə günü Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan bildiriblər.

Paytaxtda və yarımadada gecə bəzi yerlərdə az qar yağacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.

Şimal-şərq küləyi əsəcək, havanın temperaturu gecə 5-8° şaxta, gündüz 0°-yə yaxın olacağı gözlənilir.

Yollar buz bağlayacaq.

Fevralın 4-də hava şəraiti nisbətən sabit, gün ərzində əsasən yağmursuz keçəcək.

Azərbaycanın əksər rayonlarında əsasən yağmursuz hava, lakin bəzi şərq rayonlarında az yağıntılı olacağı, qar yağacağı gözlənilir.

Ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1-6° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti, dağlarda gecə 13-18° şaxta, gündüz 0-5° şaxta olacaq.

Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun mənfi 23-28° olacağı gözlənilir, yollar buz bağlayacaq.

Xəbər lenti

Xəbər lenti