...

Azərbaycanda bir telekanalın yayımı üçün lisenziyanın müddəti uzadılıb

Cəmiyyət Materials 7 Fevral 2012 16:36 (UTC +04:00)
Milli Televiziya və Radio Şurası (MTRŞ) "Space" telekanalının televiziya, radio və əlavə informasiya yayımı, həmçinin "Konnekt" MMC-nin kabel şəbəkəsi yayımı üçün xüsusi razılıq (lisenziya) müddətini uzadıb.
Azərbaycanda bir telekanalın yayımı üçün lisenziyanın müddəti uzadılıb

Azərbaycan, Bakı, 7 fevral /Trend, müxbir M.Əliyev/

Milli Televiziya və Radio Şurası (MTRŞ) "Space" telekanalının televiziya, radio və əlavə informasiya yayımı, həmçinin "Konnekt" MMC-nin kabel şəbəkəsi yayımı üçün xüsusi razılıq (lisenziya) müddətini uzadıb.

Trend-in məlumatına görə, bu qərar MTRŞ-nin çərşənbə axşamı keçirilmiş iclasında qəbul olunub.

Televiziya kanalı və kabel şəbəkəsinə lisenziya növbəti 6 il müddətinə verirlib.

Xəbər lenti

Xəbər lenti