...

Londonda ən böyük xeyriyyəçilik tədbirlərindən biri keçiriləcək (FOTO)

Cəmiyyət Materials 8 Fevral 2012 15:26 (UTC +04:00)
London möhtəşəm Pasxa festivalının keçirilməsinə hazırlaşır. Fevralın 21-dən Böyük Britaniyanın paytaxtı "Faberjenin böyük ov yumurtası" ("Big Egg Hunt") xeyriyyəçilik tədbiri çərçivəsində 200 nəhəng Pasxa yumurtası üçün ev olacaq
Londonda ən böyük xeyriyyəçilik tədbirlərindən biri keçiriləcək (FOTO)

Azərbaycan, Bakı, 8 fevral /Trend, müxbir E.Tariverdiyeva/

London möhtəşəm Pasxa festivalının keçirilməsinə hazırlaşır. Fevralın 21-dən Böyük Britaniyanın paytaxtı "Faberjenin böyük ov yumurtası" ("Big Egg Hunt") xeyriyyəçilik tədbiri çərçivəsində 200 nəhəng Pasxa yumurtası üçün ev olacaq. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü "General Fabergé AfC" zərgərlik evinin məlumatında deyilir.

Festivalda azərbaycanlı müəlliflərin, xüsusən, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Anar Hüseynzadə, Əsmər Nərimanbəyovanın işləri təqdim ediləcək.

Leyla Əliyevanın işinin adı "Dirçəliş"dir. "Mən dünyada ən güclü və ən qədim münasibətin rəmzi olan ana və uşağı təsvir edərək, yumurtanın kövrəkliyini və məsumluğunu göstərmək istəyirdim. Həyat qarşılıqlı asılılıq və sevgiyə dayanan bu cür əsaslı və dövri əlaqələrlə doludur", - Leyla Əliyeva bildirib.

Anar Hüseynzadənin işinin konsepsiyası "Bakı nağılı"dır. "İçərişəhərin günəş enerjisi ilə dolmaq çox sadədir - Bakı nağılına xoş gəlmisiniz! Bizimlə Qədim Şəhərin küçələri ilə gəzin, qədim ticarət meydanına nəzər yetirin, Şərq hamamlarının günbəzlərinə baxın, dar, dolanbac küçələrlə dolaşın, Azərbaycan xalçalarının rəng çalarlarına və rəmzi ornamentlərinə baxın, Bakının rəmzi olan Qız Qalasına qalxın və qarşınızda Abşeron günəşinin şüalarında yuyunan Xəzər dənizinin mənzərəsi, Qədim Şəhərin özünəməxsus füsunkarlığı açılacaq. İçərişəhər şəhərimizin ürəyidir, orada tariximiz və ənənələrimiz, Azərbaycanın mental estetikası, əsasən də xalqımızın qəlbi cəmləşib".

Əsmər Nərimanbəyovanın işi "Mənim Bakım" adlanır. Rəssam Nərimanbəyovanın işində məhsuldarlığın ən qədim rəmzlərindən biri olan Pasxa yumurtası işin mənası və kompozisiyanın əsası olan nar ağacı rəmzi ilə birləşdirilir. Azərbaycan mədəniyyəti üçün nar məhsuldarlıq ideyasını tərənnüm edir və özündə böyük həyat enerjisi daşıyır. Mavi dəniz, qızıl qum, çiçəklənən ağac, xalçanın sehirli rəngləri - Abşeronun günəş istisi ilə əzizlənən kolorit, sanki yumurtanın sürüşkən səthini örtür. Bakının ənənəvi rahat eyvanı bir dəqiqəlik oturmağa və nar ağacının kölgəsində ətirli çayla suzuzluğu yatırmağa, Qədim Şəhərə və dənizə, qala divarlarına və Qız Qalasına açılan mənzərənin gözəlliyindən zövq almağa dəvət edir.

"Bu, belə formada ilk tədbirdir. Tədbir uşaqların həyat şəraitinin yaxşılaşmasına və fillərin xilası üçün xeyriyyəçilik məqsədlərinə yönəlib. Tədbirdə iştirak edəcək turistlər, yerli sakinlər və qonaqlar həqiqi mənada sehirli təcrübə əldə edəcəklər", - məlumatda deyilir.

Layihədən əldə edilən bütün vəsaitlər xeyriyyəyə yönəldiləcək: sosial cəhətdən müdafiə olunmayan uşaq və yeniyetmələrə dəstək verən "Action for Children" Uşaqlara Kömək Fonduna və "Elephant Family" Asiya Fillərinin Ümumdünya Müdafiə Fonduna.

İctimaiyyət nümayəndələri xüsusi hazırlanan, qiymətli daşlarla bəzədilən və Mallberi, ser Ridli Skott, Zandru Rodes, Diana fon Fürstenberq, Mark Kuin, Brüs Oldfild, Çepmen qardaşları, Teo Fennella, Uilyam Kerli, Parr və Polli Morqan daxil olmaqla dünyanın qabaqcıl ifaçıları, memarları, zərgərləri və dizaynerləri tərəfindən hazırlanmış nəhəng Pasxa yumurtalarını görə bilərlər.

"Bundan başqa, "Faberjenin böyük ov yumurtası" festivalının iştirakçıları dünyada ən qeyri-adi mükafat - "Faberjenin Tribute yumurtası"nı qazanmaq şansına malik olacaqlar. 100 min funt-sterlinqdən çox qiyməti olan yumurta əfsanəvi eksklüziv incəsənət əsəridir", - məlumatda qeyd edilir.

Festival iştirakçıları üçün dünyada ən bahalı şokolad yumurta hazırlanır ki, onun da dizayneri Uilyam Kerlidir. Təşkilatçıların ideyasına əsasən, festival Ginnesin Rekordlar Kitabına düşməlidir və əldə ediləcək 2 milyon funt sterlinq xeyriyyəçilik məqsədlərinə ayrılacaq.

İncəsənətin kolleksiya əsərləri olacaq Pasxa yumurtalarını hərracda əldə etmək mümkün olacaq. Hərracda qazanılan vəsait uşaqlara köməyə və fillərin xilasına ayrılacaq. Hərrac tacının mirvarisi "'Le Collier Plume d'Or' by Fabergé"nin 127 zümrüdündən ibarət olan eksklüziv dizaynlı qızıl kulon olacaq.

"Faberjenin böyük ov yumurtası" London əhalisini və onun qonaqlarını bütün Böyük Britaniya üzrə daha çox nəzarətsiz uşaq, gənc insan və ailələr üçün vəsaitin yığılmasına görə məlumatlandırmanın artırılması və məsuliyyətində iştiraka cəlb etməyin yeni və çox maraqlı vasitəsidir. Bu, hər bir iştirakçının ürək coşqusunu, təxəyyülünü və maraqlarını əks etdirəcək füsunkar hadisədir", - uşaqlara kömək proqramının rəhbəri Deym Kler Tikell deyib.

"Elephant Family" fillərin xilas edilməsi üzrə proqramın direktoru Rut Povis qeyd edib ki, bütün xeyriyyə cəmiyyətləri kimi onlar da uşaqların və məhv olan heyvan növlərinin müdafiəsi üçün həyati əhəmiyyətli belə təşəbbüsü alqışlayırlar.

Məşhur zərgər, Karla Faberje evinin əsasını qoyanın nəticəsi Sara Faberjenin sözlərinə görə, Pasxa yumurtaları Faberjenin sinonimi olub və birini digərindən ayrı təsəvvür etmək mümkün deyil. Onun sözlərinə görə, bir sıra xalq və mədəniyyətlər üçün yumurta yeni həyat və dirçəlişin rəmzidir.

Xəbər lenti

Xəbər lenti