...

Azərbaycanda dövlət məktəbəqədər təhsil müəssisələrinin Təhsil Nazirliyinin tabeliyindən çıxarılması təsdiq olunub

Cəmiyyət Materials 5 Mart 2012 17:16 (UTC +04:00)
Azərbaycan hökuməti dövlət məktəbəqədər təhsil müəssisələrinin Təhsil Nazirliyinin tabeliyindən çıxarılaraq yerli icra hakimiyyəti orqanlarının tabeliyinə verilməsini təsdiq edib.
Azərbaycanda dövlət məktəbəqədər təhsil müəssisələrinin Təhsil Nazirliyinin tabeliyindən çıxarılması təsdiq olunub

Azərbaycan, Bakı, 5 mart / Trend müxbir M.Əliyev/

Azərbaycan hökuməti dövlət məktəbəqədər təhsil müəssisələrinin Təhsil Nazirliyinin tabeliyindən çıxarılaraq yerli icra hakimiyyəti orqanlarının tabeliyinə verilməsini təsdiq edib.

Trend-in məlumatına görə, bu barədə Nazirlər Kabinetindən bazar ertəsi bildirilib.

Qərara əsasən, dövlət məktəbəqədər xüsusi təhsil müəssisələri Azərbaycan Təhsil Nazirliyinin və yerli təhsil şöbələrinin tabeliyindən çıxarılaraq yerli icra hakimiyyəti orqanlarının tabeliyinə verilib.

Həmçinin, məktəbəqədər xüsusi təhsil müəssisələri yenidən təşkil və ya ləğv edildikdə, əvvəlki kimi Təhsil Nazirliyi deyil, yerli icra hakimiyyəti orqanları təhsil alanların, onların valideynlərinin və ya digər qanuni nümayəndələrinin razılığı ilə uşaqların eyni tipli xüsusi təhsil müəssisəsinə, psixoloji-tibbi-pedaqoji komissiyanın qərarı ilə isə başqa tipli xüsusi təhsil müəssisəsinə köçürülməsini təmin edir.

Qərara əsasən, xüsusi təhsili həyata keçirən dövlət məktəbəqədər xüsusi təhsil müəssisələri Təhsil Nazirliyi tərəfindən deyil, yerli icra hakimiyyəti orqanları tərəfindən idarə olunmalıdır.

Xəbər lenti

Xəbər lenti