...

Azərbaycanda nikah müqaviləsinin məcburiləşdirilməsi Milli Məclisdə müzakirəyə çıxarılır

Cəmiyyət Materials 6 Mart 2012 13:23 (UTC +04:00)
Azərbaycanda nikaha girən tərəflərin əmlak müqaviləsi (nikah müqaviləsi) bağlamasının məcburiləşdirilməsi bu ay Milli Məclisdə müzakirə olunacaq.
Azərbaycanda nikah müqaviləsinin məcburiləşdirilməsi Milli Məclisdə müzakirəyə çıxarılır

Azərbaycan, Bakı, 6 mart / Trend müxbir M.Əliyev/

Azərbaycanda nikaha girən tərəflərin əmlak müqaviləsi (nikah müqaviləsi) bağlamasının məcburiləşdirilməsi bu ay Milli Məclisdə müzakirə olunacaq.

Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev çərşənbə axşamı Trend-ə bildirib ki, bu barədə Ailə Məcəlləsinə dəyişiklik komitənin növbəti iclasında müzakirəyə çıxarılacaq.

Cəmiyyətdə bir çox hallarda bu müddəanın mentalitetə zidd olması barədə fikirlərin səslənməsinə baxmayaraq, millət vəkili nikah müqaviləsinin qanunla məcburi edilməsinin uğurlu nəticələr verəcəyinə əminliyini vurğulayıb.

Ədliyyə Nazirliyinin məlumatına görə, 2011-ci ildə Azərbaycanda 88 151 nikah qeydə alınıb və onlardan yalnız 58-də tərəflər arasında nikah müqaviləsi bağlanıb.

Ötən il ölkədə 10 801 nikahın pozulması faktı qeydə alınıb ki, bu da 2010-cu ildə qeydə alınan boşanmaların sayı ilə müqayisədə 1901 fakt artıb.

Milli Məclisin Sosial siyasət komitəsi bu il artıq Ailə Məcəlləsinə digər dəyişiklik - nikaha girənlərdən tibbi arayışın tələb olunması ilə bağlı dəyişikliyi parlamentin plenar iclasına tövsiyə edib.

Xəbər lenti

Xəbər lenti