...

Aprelin 1-dən "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzinin işçilərinin maaşlarına əlavələr ediləcək

Cəmiyyət Materials 7 Mart 2012 14:46 (UTC +04:00)
Azərbaycan Nazirlər Kabineti "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzində çalışan işçilərin aylıq vəzifə maaşlarına əlavələrin müəyyən edilməsi haqqında qərar verib.
Aprelin 1-dən "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzinin işçilərinin maaşlarına əlavələr ediləcək

Azərbaycan, Bakı, 7 mart / Trend müxbir İ.İsabalayeva/

Azərbaycan Nazirlər Kabineti "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzində çalışan işçilərin aylıq vəzifə maaşlarına əlavələrin müəyyən edilməsi haqqında qərar verib.

Nazirlər Kabinetindən çərşənbə günü Trend-ə verilən məlumata görə, "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzində çalışan işçilərin aylıq vəzifə maaşlarına əlavələr bu qərarın əlavəsinə uyğun olaraq müəyyən edilməlidir.

Qərar 2012-ci il aprelin 1-dən qüvvəyə minir.

Qərara görə, direktorun aylıq vəzifə maaşına 120, direktor müavininə 100, şöbə müdiri, kompyuter mərkəzinin müdiri, redaksiya müdiri, baş mühasibin maaşına 80, şöbə müdirinin müavini, kompyuter mərkəzi müdirinin müavini, redaksiya müdirinin müavini, baş mühasibin müavininin maaşına 70, ümumi şöbənin müdiri, kitabxana müdiri, böyük elmi redaktor, iqtisadçı, mühasib, elmi redaktor, kiçik redaktor, komendant, mütəxəssisin maaşına 50 manat əlavə ediləcək.

Xəbər lenti

Xəbər lenti