...

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollegiyasının tərkibi təsdiq olunub

Cəmiyyət Materials 13 Mart 2012 19:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 mart /Trend/

Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollegiyasının tərkibi təsdiq olunub.

Trend-in məlumatına görə, Nazirlər Kabinetinin qərarında qeyd olunur ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollegiya üzvlərinin sayı 11 nəfərdən ibarət müəyyənləşdirilsin və aşağıdakı tərkibdə təsdiq edilsin:

Kollegiyanın sədri
Ələkbərov Füzuli Həsən oğlu
- Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri

Kollegiyanın üzvləri:
Rəhimov İlqar Elxan oğlu
- Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini

Məmmədov Natiq Nəsir oğlu
- Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini

Səfərov Cavid Fəxrəddin oğlu
- Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri

Balakişiyev Məhərrəm Şəmmət oğlu
- Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin daxili nəzarət şöbəsinin müdiri

Sadıqov Eyvaz Nurəli oğlu
- Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kadrlarla iş və hüquq şöbəsinin müdiri

Bədəlbəyli Anar Rasim oğlu
- Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında Dövlət Məşğulluq Xidmətinin rəisi

Qərar imzalandığı gündən (13 mart) qüvvəyə minir.

Xəbər lenti

Xəbər lenti