...

Ramil Usubov şikayətçi vətəndaşları qəbul edib

Cəmiyyət Materials 17 Mart 2012 15:28 (UTC +04:00)
Azərbaycanın daxili işlər naziri Ramil Usubov Abşeron rayon polis şöbəsində Sumqayıt şəhərinin, Abşeron və Qubadlı rayonlarının bir qrup sakinini qəbul edib.
Ramil Usubov şikayətçi vətəndaşları qəbul edib

Azərbaycan, Bakı, 17 mart /Trend/

Azərbaycanın daxili işlər naziri Ramil Usubov Abşeron rayon polis şöbəsində Sumqayıt şəhərinin, Abşeron və Qubadlı rayonlarının bir qrup sakinini qəbul edib.

DİN-in mətbuat xidmətindən şənbə günü Trend-ə verilən məlumata görə, nazir vətəndaşların müraciətlərini və şikayətlərini dinləyib, onların təxirə salınmadan, operativ şəkildə həll edilməsi üçün müvafiq Baş İdarə və xidmət rəhbərlərinə konkret tapşırıqlar verib.

Daxili işlər naziri tərəfindən qəbul edilən 20 vətəndaşın polisin fəaliyyətinə dair müraciətlərinin əksəriyyəti elə yerindəcə öz həllini tapıb.

Xəbər lenti

Xəbər lenti