...

Azərbaycanda növbəti həqiqi hərbi xidmətə çağırış başlanıb

Cəmiyyət Materials 1 Aprel 2012 09:00 (UTC +04:00)
Azərbaycan Prezidentinin müvafiq Sərəncamına uyğun olaraq, aprelin 1-dən ölkəmizdə növbəti həqiqi hərbi xidmətə çağırış başlanıb
Azərbaycanda növbəti həqiqi hərbi xidmətə çağırış başlanıb

Azərbaycan, Bakı, 1 aprel /Trend, müxbir M.Əliyev/

Azərbaycan Prezidentinin müvafiq Sərəncamına uyğun olaraq, aprelin 1-dən ölkəmizdə növbəti həqiqi hərbi xidmətə çağırış başlanıb.

Trend-in məlumatına görə, bir ay davam edəcək çağırış prosesində 1994-cü ildə doğulan və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1977-1993-cü illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikasının vətəndaşları 2012-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılırlar.

Prezidentin sərəncama uyğun olaraq, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Qanununun 38.1.1-ci maddəsində nəzərdə tutulmuş xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları 2012-ci il aprelin 1-dən 30-dək ehtiyata buraxılacaqlar.

Xəbər lenti

Xəbər lenti