...

Ermənistan polis qoşunları komandirinin müavini həbs edilib

Cəmiyyət Materials 5 Aprel 2012 18:39 (UTC +04:00)
Ermənistan polis qoşunları komandirinin müavini Vanik Manukyan silah və döyüş sursatlarının talanması ittihamı üzrə həbs edilib.
Ermənistan polis qoşunları komandirinin müavini həbs edilib

Azərbaycan, Bakı, 5 aprel /Trend/

Ermənistan polis qoşunları komandirinin müavini Vanik Manukyan silah və döyüş sursatlarının talanması ittihamı üzrə həbs edilib. Trend-in İTAR-TASS-a istinadən verdiyi məlumata görə, bu barədə cümə axşamı Ermənsitan Xüsusi İstintaq Xidməti məlumat verib.

Bu il martın 6-da polkovnik Manukyana qarşı həbs qətimkan tədbiri seçilib.

Manukyan qanunu pozan yüksəkvəzifəli ilk polis əməkdaşı deyil. Belə ki, martın 23-də respublika polisinin Baş Cinayət Axtarış İdarəsinin sabiq rəisi, polis general-mayoru Ovanes Tamamyan 7 il müddətinə azadlıqdan məhrum edilib.

Xəbər lenti

Xəbər lenti