...

Bakıda aprelin 10-da havanın maksimal temperaturu üzrə sutkalıq rekord göstərici yenilənib

Cəmiyyət Materials 11 Aprel 2012 13:02 (UTC +04:00)
Aprelin 10-da havanın maksimal temperaturu Bakıda 31,5 dərəcə isti təşkil edib ki, bununla da 1956-cı ildəki sutkalıq rekord göstərici (24,5 dərəcə) yenilənib.
Bakıda aprelin 10-da havanın maksimal temperaturu üzrə sutkalıq rekord göstərici yenilənib

Azərbaycan, Bakı, 11 aprel /Trend, müxbir İ.İsabalayeva/

Aprelin 10-da havanın maksimal temperaturu Bakıda 31,5 dərəcə isti təşkil edib ki, bununla da 1956-cı ildəki sutkalıq rekord göstərici (24,5 dərəcə) yenilənib. Bu barədə çərşənbə günü Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

Məlumata görə, aprelin 12-də isə Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu, yağmursuz hava şəraiti hökm sürəcək. Səhər bəzi yerlərdə duman olacağı proqnozlaşdırılır.

Gündüz mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 11-16, gündüz 23-28 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və axşam bəzi qərb rayonlarında qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var.

Cənub küləyi əsəcək. Havanın temperaturunun gecə 14-19, gündüz 25-30, dağlarda gecə 8-13, gündüz 18-23 dərəcə isti olacağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti