Azərbaycan, Bakı, 13 aprel / Trend müxbir İ.İsabalayeva/
Azərbaycanda virtual dərslik kitabxanasının yaradılması barədə təkliflər hazırlanacaq.
Təhsil Nazirliyindən cümə günü Trend-ə verilən məlumata görə, təhsil naziri Misir Mərdanov bununla bağlı yeni imzaladığı əmrdə Respublika Elmi Pedaqoji Kitabxanasına tapşırıqlar verib. Yaxın bir ay ərzində EPK virtual dərslik kitabxanasının yaradılması barədə təkliflərini TN-ə təqdim etməlidir. Bununla yanaşı, kitabxanada dərslik fondu, yeni dərsliklərin və tədris-metodik vəsaitlərin elektron kataloqu yaradılmalıdır.