...

ATƏT Mingəçevirdə kiçik və orta sahibkarlar üçün hüquq mərkəzi açdı

Cəmiyyət Materials 17 Aprel 2012 15:47 (UTC +04:00)
Mingəçevir şəhərində ATƏT-in Bakı ofisinin dəstəyi ilə kiçik və orta sahibkarlar üçün hüquq mərkəzi açılıb.
ATƏT Mingəçevirdə kiçik və orta sahibkarlar üçün hüquq mərkəzi açdı

Azərbaycan, Bakı, 17 aprel /Trend, müxbir E.Mehdiyev/

Mingəçevir şəhərində ATƏT-in Bakı ofisinin dəstəyi ilə kiçik və orta sahibkarlar üçün hüquq mərkəzi açılıb.

ATƏT-in Bakı ofisindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, mərkəz dayanıqlı iqtisadi inkişafa və regionda kiçik və orta sahibkarlıq üçün biznes mühitinin genişləndirilməsinə dəstək verəcək.

"Kiçik və orta sahibkarlıq iqtisadiyyatı diversifikasiya etmək və regionlarda qeyri-neft sektorunun gəlirlərini artırmaq baxımından Azərbaycan üçün çox əhəmiyyətlidir" - ATƏT-in Bakı ofisinin rəhbəri Koray Tarqay deyib.

O, həmçinin hüquq mərkəzinin qadınları iqtisadi sahədə fəaliyyətə cəlb etmək məqsədini də vurğulayıb. "Qadınların iqtisadi inkişafda iştirak etməsi ölkələrin istehsal və xidmət sektorlarında gəlirlərinin artmasına mühüm töhfə verir", - Tarqay qeyd edib.

Tarqay, həmçinin Mingəçevirə səfəri zamanı "İqtisadiyyatın inkişafında kiçik və orta sahibkarlığın rolu" mövzusunda keçirilən "dəyirmi masa"da iştirak edib.

Xəbər lenti

Xəbər lenti