...

Azərbaycan sinoptiklərindən xəbərdarlıq

Cəmiyyət Materials 19 Aprel 2012 12:46 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyi meteohəssas insanlara xəbərdarlıq edir.
Azərbaycan sinoptiklərindən xəbərdarlıq

Azərbaycan, Bakı, 19 aprel / Trend müxbir İ.İsabalayeva/

Ekologiya və Təbii Sərvətlər Nazirliyi meteohəssas insanlara xəbərdarlıq edir. Nazirliyin mətbuat xidmətindən cümə axşamı Trend-ə verilən məlumata görə, aprelin 19-u axşam Abşeron yarımadasında atmosfer təzyiqinin normadan aşağı olması və aprelin 20-də xeyli yüksəlməsi meteohəssas insanlarda diskomfort hissi yaradacaq. Amma aprelin 21-22-də əlverişli temperatur şəraiti və meteoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün müsbət amil olacaq.

Aprelin 20-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək.

Havanın temperaturunun gecə 10-14, gündüz 20-25 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında aprelin 20-də bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 10-15, gündüz 21-26, dağlarda gecə 3-8, gündüz 12-17 dərəcə isti təşkil edəcək.

Xəbər lenti

Xəbər lenti