...

Kür çayında su sərfi azalıb

Cəmiyyət Materials 2 May 2012 12:12 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Kür çayının çirklənmə vəziyyətini öyrənmək məqsədilə aprelin III ongünlüyündə keçirdiyi monitorinqin nəticələrini açıqlayıb.
Kür çayında su sərfi azalıb

Azərbaycan, Bakı, 2 may /Trend, müxbir İ.İsabalayeva/

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Kür çayının çirklənmə vəziyyətini öyrənmək məqsədilə aprelin III ongünlüyündə keçirdiyi monitorinqin nəticələrini açıqlayıb.

Trend-in çərşənbə günü nazirliyin rəsmi saytına istinadən verdiyi məlumata görə, aprelin III ongünlüyündə Kür çayında suyun sərfi II ongünlüyünə nisbətən 277 m3/san azalaraq 501 m3/san təşkil edib.

Monitorinqin nəticələrinə əsasən, Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayında biogen maddələrin miqdarı normadan dəfələrlə artıq olmub. Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələri yol verilən qatılıq həddini (YVQH) keçib.

Xəbər lenti

Xəbər lenti