...

Endokrinoloqlar "Azərduz"u tövsiyə edir (FOTO)

Cəmiyyət Materials 3 May 2012 18:26 (UTC +04:00)
Ötən ay "Azərsun Holdinq" və Milli QHT Forumunun yodlaşdırılmamış duzdan istifadənin fəsadlarının aradan qaldırılması məqsədilə start verdiyi maarifləndirmə aksiyası bu ay da Bakı və Bakıətrafı rayonlarda silsilə tədbirlərlə davam etdirilir.
Endokrinoloqlar "Azərduz"u tövsiyə edir (FOTO)

Azərbaycan, Bakı, 3 may /Trend/

Ötən ay "Azərsun Holdinq" və Milli QHT Forumunun yodlaşdırılmamış duzdan istifadənin fəsadlarının aradan qaldırılması məqsədilə start verdiyi maarifləndirmə aksiyası bu ay da Bakı və Bakıətrafı rayonlarda silsilə tədbirlərlə davam etdirilir.

Trend-in məlumatına görə, layihə çərçivəsində ziyarət olunan xəstəxanalarda yodsuz duzdan istifadənin fəsadlarına dair məlumat lövhələri yerləşdirilir və məlumatlandırma vəsaitləri, bukletlər paylanır. Aksiya öz effektivliyini həkimlərlə birbaşa görüşlər və maarifləndirici məlumatların mətbuatda işıqlandırılması ilə təzahür etdirir. Bununla da, bir daha cəmiyyətimiz hələ də marketlərdə satışda olan, kustar üsullarla hazırlanan, yodsuz və natəmiz duzlar haqqında məlumatlandırılırlar.

Növbəti tədbirlərdən biri də Sahil Endokrinoloji Mərkəzində baş tutub. Layihə çərçivəsində Abşeron rayonu üzrə dövlət və özəl xəstəxanalarda çalışan endokrinoloqlarla görüşlər təşkil olunub.

Endokrinoloqlar da Masazır Duz Zavodunda yüksək texnoloji şəraitdə istehsal olunan, yodlaşdırılmış və zərərli maddələrdən təmizlənmiş "Azərduz"u istifadəyə tövsiyə edirlər.

"Azərsun Holdinq" və Azərbaycan Milli QHT Forumunun birgə təşkilatçılığı ilə həyata keçirilən bu önəmli layihə Səhiyyə Nazirliyi tərəfindən də dəstəklənir.

Xəbər lenti

Xəbər lenti