...

Türkiyəli ekspertlər Azərbaycanda uşaq hüquqlarından yazan jurnalistlərə təlim keçəcək

Cəmiyyət Materials 4 May 2012 16:04 (UTC +04:00)
Türkiyəli ekspertlər Azərbaycanda uşaq hüquqlarından yazan jurnalistlərə təlim keçəcək.
Türkiyəli ekspertlər Azərbaycanda uşaq hüquqlarından yazan jurnalistlərə təlim keçəcək

Azərbaycan, Bakı, 4 may /Trend, müxbir K.Zərbalıyeva/

Türkiyəli ekspertlər Azərbaycanda uşaq hüquqlarından yazan jurnalistlərə təlim keçəcək.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva Trend-ə bildirib ki, mayın 14-15-də YUNİSEF ilə birgə əməkdaşlıq çərçivəsində keçiriləcək təlimlərdə yazılı və elektron KİV-ləri təmsil edən jurnalistlərin iştirakı nəzərdə tutulub.

Sofiyeva bildirib ki, "Kütləvi informasiya vasitələrində uşaq hüquqları" mövzusundakı təlimdə ekspert kimi Türkiyənin Hacəttəpə Universitetinin professorları iştirak edəcək.

Komitə rəsmisi deyib ki, müəyyən hallarda uşaq hüquqları ilə bağlı mətbuatda gedən yazılarda və televiziyalarda hazırlanan verilişlərdə uşaq problemləri yanlış formada, "Uşaq hüquqları haqqında" Konvensiyaya zidd şəkildə təqdim olunur.

Təlim üçün YUNİSEF tərəfindən maliyyə ayrılıb.

Bu mövzuda təlimlərdə gələcəkdə regionları təmsil edən jurnalistlərin də iştirakı nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti