...

"Eurovision" müsabiqəsinin keçiriləcəyi Səbail rayonunun təmizliyinə diqqət artırılıb

Cəmiyyət Materials 17 May 2012 13:36 (UTC +04:00)
"Eurovision 2012" mahnı müsabiqəsi ilə əlaqədar Bakı şəhər Səbail rayon İcra Hakimiyyətinin bütün təsərrüfat xidmətləri gücləndirilmiş iş rejiminə keçib.
"Eurovision" müsabiqəsinin keçiriləcəyi Səbail rayonunun təmizliyinə diqqət artırılıb

Azərbaycan, Bakı, 17 may / Trend müxbir İ.İsabalayeva/

"Eurovision 2012" mahnı müsabiqəsi ilə əlaqədar Bakı şəhər Səbail rayon İcra Hakimiyyətinin bütün təsərrüfat xidmətləri gücləndirilmiş iş rejiminə keçib.

İcra Hakimiyyətinin şöbə müdiri İsrafil Kərimov cümə axşamı Trend-ə bildirib ki, müvafiq tapşırıqlara uyğun olaraq, müsabiqənin keçiriləcəyi rayon ərazisini təmiz saxlamaq üçün bütün təsərrüfat xidmətləri tam şəkildə səfərbər olunub. Artıq təsərrüfat xidmətləri ciddi növbətçilik əsasında işləyirlər.

Onun sözlərinə görə, adi günlərdə rayon ərazisi 5 dəfə təmizləndiyi halda, artıq 7-10 dəfə təmizlənir. Bundan əlavə, rayonun təmizliyi üçün gecələr də mobil qruplar işləyir.

"Gün ərzində İcra Hakimiyyəti rəhbərliyi ərazini gəzir. Rayon ərazisində hər hansı natəmizlik olmamalıdır. Bunun üçün təsərrüfat xidmətlərinin mobil qrupları müəyyən vaxtdan bir özlərinə aid ərazini gəzərək xırda natəmizliyi aradan qaldırırlar", - Kərimov əlavə edib.

O qeyd edib ki, müsabiqə ilə əlaqədar rayondakı bütün hüquq-mühafizə orqanları tam səfərbər olunub. Rayon ərazisindəki bütün parklar, istirahət guşələri və mədəniyyət obyektləri tam şəkildə mühafizə olunur.

Xəbər lenti

Xəbər lenti