...

Azərbaycanda abituriyentlər üçün ilin sonuncu sınaq imtahanı keçiriləcək

Cəmiyyət Materials 25 May 2012 15:21 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 may /Trend, müxbir İ.İsabalayeva/

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) mayın 27-də abituriyentlərin qəbul imtahanlarına səmərəli hazırlaşmalarına kömək məqsədilə sonuncu sınaq imtahanı keçirəcək.

Komissiyanın mətbuat xidmətindən cümə günü Trend-ə verilən məlumata görə, imtahan respublikanın 30 şəhər və rayonunda - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Abşeron, Qobustan, Mingəçevir, Samux, Gədəbəy, Qazax, Ağstafa, Goranboy, Yevlax, Şəki, Ağcabədi, Göyçay, Kürdəmir, Zərdab, Ağsu, Füzuli, Beyləqan, Şirvan, Hacıqabul, Biləsuvar, Saatlı, Lənkəran, Lerik, Quba, Şabran və Siyəzən şəhərlərində, həmçinin Naxçıvan Muxtar Respublikasının Kəngərli, Babək, Ordubad, Sədərək, Culfa, Şərur və Şahbuz rayonlarında keçiriləcək.

Bu imtahanda iştirak etmək üçün 31 188 abituriyent qeydiyyatdan keçib.

İmtahan binalarına buraxılış yalnız abituriyentin özünün şəxsiyyət vəsiqəsi və imtahana buraxılış vərəqəsi əsasında həyata keçiriləcək. Başqasının (valideyninin, digər qohumunun və s.) şəxsiyyət vəsiqəsi ilə yazılmış abituriyentlər imtahan binasına buraxılmayacaqlar.

İmtahana mobil telefon, kalkulyator və digər köməkçi vasitələrin gətirilməsi də qəti qadağandır.

Xəbər lenti

Xəbər lenti