...

Sabah Bakının bəzi küçə və prospektlərində hərəkət məhdudlaşdırılacaq

Cəmiyyət Materials 5 İyun 2012 18:36 (UTC +04:00)
Sabah ABŞ dövlət katibi Hillari Klintonun Bakıya rəsmi səfəri ilə əlaqədar Bakının bəzi küçə və prospektlərində hərəkət məhdudlaşdırılacaq.
Sabah Bakının bəzi küçə və prospektlərində hərəkət məhdudlaşdırılacaq

Azərbaycan, Bakı, 5 iyun /Trend, müxbir K.Zərbalıyeva/

Sabah ABŞ dövlət katibi Hillari Klintonun Bakıya rəsmi səfəri ilə əlaqədar Bakının bəzi küçə və prospektlərində hərəkət məhdudlaşdırılacaq. Bu barədə Trend-ə çərşənbə axşamı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov məlumat verib.

Əsədov qeyd edib ki, Klintonun Bakıya rəsmi səfəri ilə əlaqədar keçiriləcək dövlət tədbirləri istiqamətlərində yol hərəkəti üzrə təhlükəsizliyin təmin edilməsi məqdədilə sabah saat 12:00-dan etibarən Aeroport şosesindən şəhər istiqamətinə, Yusif Səfərov küçəsi ilə Puşkin, Üzeyir Hacıbəyov, Azadlıq, Zərifə Əliyeva, Rəsul Rza, Neftçilər, Azneft meydanı, Niyazi, eləcə də Rəşid Behbudov, Fətəli xan Xoyski, Koroğlu Rəhimov və digər küçə və prospektlərdə nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulmaqla istiqamət dəyişdiriləcək.

Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsi sürücülərdən şəxsi avtpmobillərdən mümkün qədər az istifafə etməyi və yaxud alternativ yollardan istifadə etməyi xahiş edir.

Xəbər lenti

Xəbər lenti