...

Sabah Azərbaycanda 38 dərəcə isti olacaq

Cəmiyyət Materials 12 İyun 2012 12:33 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, iyunun 13-də Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq, şərq küləyi əsəcək.
Sabah Azərbaycanda 38 dərəcə isti olacaq

Azərbaycan, Bakı, 12 iyun /Trend, müxbir K.Zərbalıyeva/

Sabah Azərbaycanda 38 dərəcə isti olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, iyunun 13-də Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq, şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 17-22, gündüz 33-38, dağlarda gecə 9-14, gündüz 22-27 dərəcə isti olacağı gözlənilir.

Bakıda və Abşeron yarımadasında sabah hava dəyişkən buludlu, yağmursuz olacaq. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun gecə 16-21, gündüz 31-36 dərəcə isti olacağı gözlənilir.

Abşeronun çimərliklərində dəniz suyunun temperaturunun Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 22-23, Zuğulba, Buzovna, Mərdəkan, Şüvəlanda 23-24, Türkan, Hövsan, Sahil, Şıxda 24-25 isti olacağı gözlənilir.

İyunun 13-dən 16-dək Abşeron yarımadasında sabit hava şəraiti və meteoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əsasən əlverişlidir. Bununla yanaşı, gündüz saatlarında isti diskomfort şərait gözlənilir.

Xəbər lenti

Xəbər lenti