...

Türkdilli ölkələrin vahid əlifbasının yaradılması üçün alimlərdən ibarət xüsüsi qrup yaradılıb

Cəmiyyət Materials 22 İyun 2012 14:01 (UTC +04:00)
Türkdilli ölkələrin vahid əlifbasının yaradılması üçün alimlərdən ibarət xüsüsi qrup yaradılıb.
Türkdilli ölkələrin vahid əlifbasının yaradılması üçün alimlərdən ibarət xüsüsi qrup yaradılıb

Azərbaycan, Bakı, 22 iyun /Trend, müxbir M.Əliyev/

Türkdilli ölkələrin vahid əlifbasının yaradılması üçün alimlərdən ibarət xüsüsi qrup yaradılıb. Trend-in məlumatına görə, bunu cümə günü jurnalistlərə TÜRKPA-nın baş katibi Ramil Həsənov bildirib.

Onun sözlərinə görə, TÜRKPA-nın Humanitar və sosial məsələlər komitəsinin iclaslarında ortaq əlifba ilə bağlı məsələ qaldırılıb və həmrəylik mövcuddur.

"Qərara alınıb ki, bu istiqamətdə konkret işlərin həyata keçirilməsi üçün elm adamlarından ibarət qrup yaradılsın və artıq araşdırılmalara başlanılıb", - Həsənov deyib.

Onun sözlərinə görə, elm adamlarının gəldiyi müsbət nəticədən sonra ortaq əlifba TÜRKPA tərəfindən hər hansı qaydada qəbul oluna bilər.

Xəbər lenti

Xəbər lenti