...

Azərbaycanda keçirilən I ixtisas qrupu imtahanlarında cəmi 234 nəfər 600-dən yuxarı bal toplayıb

Cəmiyyət Materials 24 İyul 2012 13:29 (UTC +04:00)
Azərbaycanda keçirilən I ixtisas qrupu imtahanlarında 234 nəfər 600-dən yuxarı bal toplayıb.
Azərbaycanda keçirilən I ixtisas qrupu imtahanlarında cəmi 234 nəfər 600-dən yuxarı bal toplayıb

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 24 iyul /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda keçirilən I ixtisas qrupu imtahanlarında 234 nəfər 600-dən yuxarı bal toplayıb. Bu barədə Trend-ə Tələbə Qəbulu üzrə Dövlət Komisiyasının (TQDK) mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə məlumat verib.

Onun sözlərinə görə, qəbul imtahanlarında ən yüksək nəticə 690 bal olub. Bu nəticəni 2 nəfər əldə edib.

Nağızadə deyib ki, Azərbaycanda ali məktəblərin I ixtisas qrupu üzrə keçirilən qəbul imtahanlarında 197 nəfər "0" nəticə göstərib. 2616 nəfər 0-20, 4140 nəfər 20-40, 3748 nəfər 40-60, 2989 nəfər 60-80, 2410 nəfər 80-100, 1928 nəfər 100-120, 1632 nəfər 120-140, 1453 nəfər isə 140-160 bal nəticə göstərib.

Xəbər lenti

Xəbər lenti